Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fars Körfəzində yanacaq qaçaqmalçılığına cəhd edən gəmi saxlanılıb

Fars Körfəzində yanacaq qaçaqmalçılığına cəhd edən gəmi saxlanılıb

Tarix: 15 Aprel 2022 23:48

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) Fars Körfəzində yanacaq qaçaqmalçılığına cəhd edən daha bir xarici gəmini saxlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, gəmidən 250 min litr yanacaq müsadirə olunub.

Gəminin 7 ekipaj üzvi barəsində həbs qərarı çıxarılıb.

Qeyd edək ki, ekipaj üzvlərinin hansı ölkənin vətəndaşları olması ilə bağlı məlumat verilməyib.

Xatırladaq ki, son bir həftə ərzində İran, Fars Körfəzi sularında yanacaq qaçaqmalçılığına cəhd edən iki gəminin saxlanıldığını bildirmişdi.

Milli.Az


Etiketlər:  Fars Körfəzində yanacaq qaçaqmalçılığına cəhd edən gəmi saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ