Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tunisdə içərisində Azərbaycan vətəndaşları olan gəmi batdı

Tunisdə içərisində Azərbaycan vətəndaşları olan gəmi batdı

Tarix: 16 Aprel 2022 08:08

Tunisin Qabes şəhərinin limanı yaxınlığında gəmi batıb.

Bu barədə "Mosaique FM" radiosu mülki müdafiə idarəsindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, gəminin Türkiyə və Azərbaycan vətəndaşları olan yeddi ekipaj üzvünün hamısı xilas edilərək, vəziyyəti stabil olaraq Qabes xəstəxanasına çatdırılıb.

Bildirilir ki, Ekvatorial Qvineyadan hərəkət edən gəmi su sızması səbəbindən batmağa başlayıb, bundan sonra ekipaj üzvləri siqnal məşəlləri atıblar və bu, sahil mühafizəsinin diqqətini çəkib.


Etiketlər:  Tunisdə içərisində Azərbaycan vətəndaşları olan gəmi batdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ