Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2022 10:34
Sosial təminat sisteminin mühüm komponenti olan pensiyaların məbləğində artım 2022-ci ilin ilk rübündə də davam edib.
ƏƏSMN-dən Sonxeber.net-a verilən xəbərə görə, bu ilin yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği daha 9,4 faiz artaraq 1 aprel tarixinə 363 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,1 faiz artaraq 394 manata çatıb.
"Ümumilikdə, həyata keçirilən ardıcıl sosial islahat paketləri pensiyalarda ciddi artıma imkan verib.
Son üç ildə minimum pensiya 2,2 dəfə artıb. Həmçinin 2018-ci ildən ötən dövrdə orta aylıq pensiyada 75 faiz, o cümlədən yaşa görə orta aylıq pensiyada 70 faiz artım baş verib", - qeyd olunub.