Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2022 13:14
Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı fəaliyyəti haqqında sazişə dəyişikliklər edilməsi haqqında protokolun ratifikasiyası haqqında qanunu imzalayıb.
Sonxeber.net TASS-a istinadən bildirir ki, dövlət başçısının özünün parlamentə təqdim etdiyi sənəd şənbə günü rəsmi hüquqi informasiya portalında dərc olunub.
Protokol "əlaqələndirici dövlət" anlayışını təqdim edir və onun himayəsi altında BMT-nin sülhməramlı əməliyyatlarında istifadə üçün KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin (KSQ) yaradılmasını nəzərdə tutur. Sənədin mətnində deyilir ki, KSQ-nin bu cür tədbirlərdə iştirak şərtləri əlaqələndirici dövlətin BMT-nin səlahiyyətli bölməsi ilə bağladığı razılaşmada müəyyən edilir.
Protokol 2021-ci il sentyabrın 16-da Düşənbədə təsdiq edilib.
Aslan Məmmədov