Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2022 14:30
2017-ci ildə qurulan "Independent Electric Vehicles" şirkəti ilk məhsulu olan "Indi One" elektromobilini nümayiş etdirib.
Bu, müasir dizaynlı və tam ötürücülü beş nəfərlik elektrik krossoveridir.
Elektromobil ön paneldə iki sensor ekranlı monitorla və internetə çıxış üçün 5G modemilə təchiz edilib. Burada həmçinin mikrofonlar və üçü kabinədə yerləşən beş kamera var.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, elektrik krossoveri panoramik şüşə dam və pnevmatik asqıya malikdir.
O, Standard və Premium varianta mazlikdir. Sonuncu versiyada elektromobil hər ox üçün ayrıca mühərriklə təchiz olunur. Onların ümumi qüvvəsi 482 at gücü təşkil edir. 95 kilovat-saatlıq batareya 480 kilometrə qədər məsafə qət etməyə imkan verir. Bu versiyanın maksimal sürəti saatda 209 kilometr, yerindən ilk "yüzlüyə" qədər sürətlənmə vaxtı isə 4,2 saniyədir.
Yolsuzluq avtomobilinin qiyməti 45 - 69 min dollar arasında dəyişir.