Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Kuruluş Osman”da tariximizlə bağlı səhv var? - Açıqlama

“Kuruluş Osman”da tariximizlə bağlı səhv var? - Açıqlama

Tarix: 16 Aprel 2022 14:40

"Kuruluş Osman" serialının son bölümündəki Azərbaycanla bağlı səhnə sosial şəbəkələrdə müzakirə yaradıb. Avropa çempionu Zabit Səmədovun canlandırdığı "Gence bey" obrazının Qarabağdan, Şuşadan müharibədən gəldiyini deməsi səhv kimi qəbul edilib. 

İstifadəçilərin bir qismi Osmanlının qurulduğu dövrdə bu adların işlədilmədiyini düşünüb. 

Sonxeber.net xəbər verir ki, məsələni olay-a şərh edən türkoloq-alim Faiq Ələkbərli bunun ciddi səhv olmadığını bildirib:

"Qarabağ hər zaman mövcud olub, o dövrdə də Azərbaycan türklərinin torpağı idi. Burada müəyyən ideoloji məsələlər var. Düşmənlərimizə bir göndərmə edilə bilər. Eləcə də Qafqaz türkünün özünü Şamil kimi təqdim etməsi də bir mesajdır. Ancaq bunu tarixi səhv kimi qələmə vermək doğru deyil. Sadəcə Şuşa 18-ci əsirdə meydana çıxan bir anlayışdır. Buna baxmayaraq, Şuşa adı qədimdir, türklərə bağlıdır.

Bu adlar qədim dövrdən Azərbaycan türkləri tərəfindən istifadə olunub. Burada tarixi səhv axtarmaq düzgün deyil. Qədim dövrdən Şuşa adlı şəhərlərimiz olub. İstər Osmanlı qurulanda, istərsə də ondan əvvəl Azərbaycan türkləri bu torpaqlarda olmuşlar. Digər tərəfdən də nəzərə alaq ki, seriallarda müəyyən bədiiləşdirmə olur. Burda isə tarixi cəhətdən hansısa bir problemi yoxdur. Əksinə bu kimi mesajların səsləndirilməsi doğrudur. Biz torpaqlarımıza hər zaman sahib çıxmışıq. Bu da ona bir mesajdır".


Etiketlər:  Kuruluş Osmanda tariximizlə bağlı səhv Açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ