Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2022 17:16
Türkiyənin Bursa şəhərində dilənçilik etdiyi üçün saxlanılan yaşlı qadının üzərindən külli miqdarda pul çıxıb.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, Hacer Öztürk adlı qadının üzərindən 26 min 300 lirə ilə yanaşı 5 min lirə dəyərində hədiyyə çekləri çıxıb. Dilənçinin üzərindən çıxan külli miqdarda pul polisləri heyrətə gətirib. Qadın iddia edib ki, o dilənçi deyil. Pulları isə ona xeyirxah insanlar verib. Polis qadının pullarını dövlətin nəzarətinə keçirib. Qadına 270 lirə cəza kəsilərək sərbəst buraxılıb.