Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Roza Xatunu tənqid etdi

Roza Xatunu tənqid etdi

Tarix: 18 Aprel 2022 09:50

"Özünüzə yaraşanı etdirin. Balaca çiyinə böyük sinə, ya da balaca ayağa o boyda omba lazım deyil. hamısı özünü mənə oxşadır".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "MTV maqazin"ə açıqlamasında deyib. Sənətçi plastik əməmliyyat etdirən sənət adamlarını lağa qoyub. O bildirib ki, müğənni Xatun Əliyevanın bədənşəkilləndirmə əməliyyatına ehtiyacı yoxidi:

"Yaraşmır yox, ehtiyac yox idi. Çox abartım. Bədənşəkilləndirmə başqadır, mən də liposaksiya etdirmişəm. Mənim bədən quruluşum belədir. Sümükdür, gedim 55 min avro verim yondurum? Nə qədər mənim bədən formam müzakirə olunur".

Roza etdirdiyi plastik əməliyyatları sadalayıb:

"Narkoz almışdım, dedim ki, gözümün üstünü də edin. İkinci dəfə də liposaksiya etdirəndə həkimə dedim ki, yanağımda əmzik əzələlərimi çıxartdırdım. Liposaksiyama 31 min dollar xərcləmişəm". 


Etiketlər:  Roza Xatunu tənqid etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ