Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2022 11:06
Daxili işlər orqanında kadr dəyişikliyi olub.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Samux Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Qəhrəmanov Rəşadət Məmmədalı oğlu vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə o, Daşkəsən Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin olunub.