Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bu saata olan məlumata görə 7 nəfər ölüb"

Tarix: 18 Aprel 2022 19:26

Lvova səhər saatlarında hücumun qurbanlarının sayı artıb. Raketlərdən istifadə edilib, buraxılış Xəzər regionundan həyata keçirilib.

Milli.Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Lvov Regional hərbi idarənin sədri Maksim Kozitski bildirib.

Əvvəllər 6 nəfərin öldüyü və 11 nəfərin yaralandığı, o cümlədən biri uşaq olduğu artıq məlum idi. Hazırda üç zərərçəkənin vəziyyəti ağırdır, uşağın yüngül xəsarətləri var.

Saatlar sonra ölənlərin sayı artdı.

"Bu saata olan məlumata görə 7 ölü məlumdur. Bunlar Lvovda vurulan zərbə nəticəsində ilk ölümlərdir", - o deyib.

İdarənin rəhbəri vurğulayıb ki, ölən və yaralananlarla bağlı məlumat dəyişə bilər.

Mövcud məlumata görə, şəhərə hücum üçün Xəzər regionundan atılan havadan buraxılan qanadlı raketlərdən istifadə olunub.

Dörd raketdən üçü hərbi infrastruktur obyektlərini vurub. Onların arasında istifadə olunmayan anbarlar da var. Digər raket təkər sexinə düşüb.

"Atəş nəticəsində yanğınlar baş verib. Artıq hər iki obyektdə yanğınlar tam söndürülüb. Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri dağıntıları təmizləyir. Hər iki sahə tamamilə dağılıb. Zərbə baş verən ərazilərin ətrafındakı evlərin pəncərələri və avtomobillərə ziyan dəyib", - Kozitski bildirib.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Bu saata olan məlumata görə 7 nəfər ölüb


RƏYLƏR