Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2022 08:12
Dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılan xalq deputatı, Ukraynanın Həyat Uğrunda - Müxalifət Platformu Partiyası Siyasi Şurasının sədri Viktor Medvedçukun mübadiləsi üçüncü tərəfin vasitəçiliyi ilə baş tutacaq.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov məlumat verib.
Danilov qeyd edib ki, Ukrayna razılaşmalara əməl etməyən Rusiya ilə qarşı-qarşıya olduğunu bilir, ona görə də vasitəçilər olmalıdır.
"Biz kiminlə qarşı-qarşıya olduğumuzun fərqindəyik, heç bir etibar yoxdur. Əgər bu baş verərsə (söhbət mübadilədən gedir - Red), o zaman bu, ola bilsin ki, üçüncü tərəfin vasitəçiliyi ilə baş verəcək. Beləliklə, biz aydın başa düşək ki, hər kəs öz üzərinə götürdüyü razılaşmaları yerinə yetirir".