Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cənubi Afrikada daşqınlar nəticəsində 57 uşaq ölüb

Cənubi Afrikada daşqınlar nəticəsində 57 uşaq ölüb

Tarix: 19 Aprel 2022 08:32

Cənubi Afrika Respublikasının şimal-şərqindəki Kvazulu-Natal əyalətində daşqınlar nəticəsində azı 57 uşaq ölüb, daha 5 uşaq itkin düşüb.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Cənubi Afrikanın "Eyewitness News" radiosu ölkənin İbtidai Təhsil Nazirliyinə istinadən məlumat yayıb.

"Daşqınlar 630 məktəbə ziyan vurub, onlardan 124-nə ciddi ziyan dəyib", - nazirliyin rəsmi nümayəndəsi Elicu Mlanqa radioya açıqlamasında deyib.

Kvazulu-Natal əyalət hökumətinin başçısı Sile Zikalala bazar günü daşqın nəticəsndə ölənlərin sayının 443 nəfərə çatdığını, daha 63 nəfər itkin düşdüyünü bildirib. Ən çox ölüm halı (350-dən çox) Hind okeanının sahilində yerləşən Durban meqapolisinin payına düşür.

Qeyd edək ki, Antarktidadan gələn soyuq hava kütlələrinin təsiri altında aprelin 8-dən Cənubi Afrika üzərində siklon dolaşır. Xüsusilə Kvazulu-Natal əyalətinə ciddi ziyan dəyib, burada 4 min inzibati bina və yaşayış binası tamamilə dağılıb, 20 mindən çox binaya isə ciddi ziyan dəyib. Bir çox avtomobil və dəmir yolları su altında qalıb, onlarla körpü çöküb.


Etiketlər:  Cənubi Afrikada daşqınlar nəticəsində uşaq ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ