Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2022 09:26
Göyçayda kütləvi zəhərlənmə olub.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, hadisə aprelin 18-i Göyçay şəhəri, Nizami Gəncəvi küçəsindəki "Zeynəb" restoranında qeydə alınıb. Oradakı iftar süfrəsində iştirak edən 10 nəfər məclisdən sonra özlərini pis hiss ediblər. Onların hər biri bu gecə saat 1 radələrində rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
İlkin ehtimala görə, zərərçəkmişlərin pomidordan zəhərləndikləri bildirilir.
Onların hər biri xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.