Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2022 12:35
"Borc istəyəndə əvvəl verirdim, yaxşı oğlan olurdum. Vaxtı gəlib çatır, qaytarmalısan. Geri istəyəndə pis adam olurdum".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Həmin Zaur" proqramında deyib. Sənətçi borc verdiyi və ona qaytarılmayan pulun məbləğini açıqlayıb. Nadir bildirib ki, indi ən yaxınlarına belə borc vermir.
İfaçı aparıcı Zaur Kamalın "Mənə 5 min manat borc verərsən" sualına sənətçi "Varımdır, amma vermirəm. Qoy elə əvvəlcədən pis adam olum" cavabını verib.
Nadir "50, yoxsa 100 min pulun borcda batıb" sözlərinə "100 mindən çox pulum borcda batdı" reaksiyasını verib.