Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beynəlxalq Muğam Mərkəzində “Zabul segah”ın bəxş etdiyi estetik ruh - VİDEO - FOTO

Beynəlxalq Muğam Mərkəzində “Zabul segah”ın bəxş etdiyi estetik ruh - VİDEO - FOTO

Tarix: 19 Aprel 2022 15:24

Beynəlxalq Muğam Mərkəzinin (BMM) 2022-2023-cü il Musiqi mövsümü üçün təqdim etdiyi "Muğam axşamları" layihəsinin növbəti konsertində Əməkdar artistlər İlkin Əhmədov və Bəyimxanım Vəliyeva "Zabul segah" muğamını təqdim etdilər. Böyük maraqla gözlənilən layihənin ideya müəllifi BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur.Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də "Muğam axşamları" layihəsidir.

"Muğam axşamları"nın konsertləri İctimai Radio 90 FM tezliyində, eyni zamanda "Mədəniyyət" kanalı tərəfindən lentə alınaraq muğamsevərlərə təqdim olunur.

Yaxın və Orta Şərq xalqlarının musiqisində çox yayılmış muğamlardan biri olan "Segah" Azərbaycanda əsas muğamlardan üçüncüsüdür. Müxtəlif pərdələrdə çalınıb-oxunduğu üçün Azərbaycan musiqiçiləri hər "Segah"a bir ad vermişlər. "Orta Segah", "Xaric Segah", "Mirzə Hüseyn Segahı", "Zabul Segah" ümumilikdə Segahın variantlarıdır. Muğamların mükəmməl bilicisi, ustad tarzən Mirzə Fərəc (1847-1927) "Segah"lar arasında "Zabul-Segah"ı əsas sayaraq bir dəstgah kimi 20 şöbə və guşədən ibarət olduğunu qeyd edir. Zamanla "Zabul-Segah" bəzi şöbə və guşələrdən azad olmuş, bilavasitə "Zabul-Segah" səsdüzümünə uyğun şöbələri özündə toplayaraq nəticədə lakonik, yığcam və məntiqli bir şəkil almışdı.

Milli.Az


Etiketlər:  Beynəlxalq Muğam Mərkəzində Zabul segahın bəxş etdiyi estetik ruh VİDEO FOTO


RƏYLƏR