Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2022 16:26
Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemin həyat yoldaşı, britaniyalı modelyer Viktoriya Bekhemin aprelin 17-də ad günü olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, modelyer 48 yaşını doğmaları, dostları və həmkarlarıyla Floridadakı klubların birində qeyd edib.
Gecənin sonunda Devid Bekhem Viktoriyaya sürpriz edib. O, xanımını dəniz sahilinə aparıb və birlikdə günəşin batmasını izləyiblər.
Qeyd edək ki, 23 ildir evli olan cütlüyün Bruklin (19 yaş), Romeo (15 yaş), Kruz (12 yaş) və Harper (6 yaş) adlı dörd övladı var.