Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2022 22:10
Futbol üzrə üçqat dünya çempionu Pele yenidən xəstəxanaya yerləşdirilib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, 81 yaşlı braziliyalı əvvəllər kimyaterapiya seanslarından keçdiyi San-Pauludakı Albert Eynşteyn klinikasındadır.
Bildirilir ki, Pele həkimlərin nəzarəti altındadır və onun həyatına heç bir təhlükə yoxdur.
Sabiq futbolçu reanimasiyada deyil.
Qeyd edək ki, 2021-ci ilin sentyabrında Pele yoğun bağırsağındakı şişi çıxarmaq üçün əməliyyat olunub. Hazırda keçmiş futbolçunun bağırsaq, qaraciyər və həmçinin ağciyərində şişlər var.
Xatırladaq ki, Pele yeganə üçqat dünya çempionudur (1958, 1962, 1970). O, Braziliya millisində 92 oyun keçirib və 77 qol vurub. Forvard Braziliyanın Santos (1956-1974) və Amerikanın Nyu York Kosmos (1975-1977) komandalarında çıxış edib. O, karyerasında 1279 qolun müəllifi kimi Ginnesin Rekordlar Kitabına düşüb.