Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2022 07:12
Almaniyanın Ukraynaya göndərə biləcəyi silah ehtiyyatları tükənib, lakin Kiyevin ehtiyaclarına yardım məqsədi ilə özəl hərbi texnika istehsalçıları ilə iş aparılacaq.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Almaniya kansleri Olaf Şolts Berlində keçirdiyi mətbuat konfransında deyib.
"Biz bu çatdırılmaların pulunu ödəmək niyyətindəyik", - deyə kansler bildirib.
Şolts vurğulayıb ki, Almaniya Ukraynaya əhəmiyyətli təsir gücünə malik silahları artıq tədarük edib və silah istehsalçıları ilə Kiyevin tank əleyhinə və hava hücumundan müdafiə sistemləri ilə təmin edilməsi istiqamətində işləyəcək.