Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peşə məktəblərində ödənişli oxuyanlara da təqaüd veriləcək - VİDEO

Peşə məktəblərində ödənişli oxuyanlara da təqaüd veriləcək - VİDEO

Tarix: 20 Aprel 2022 20:12

Azərbaycanın peşə məktəblərində ödənişli əsaslarla təhsil alanlara da təqaüd veriləcək.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı bildirib ki, bu, "Peşə təhsili haqqında" qanunda edilən dəyişikliklərdə öz əksini tapıb.

Onun sözlərinə görə, dəyişiklik ölkə başçısının "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Sərəncamına uyğun hazırlanıb.

Millət vəkili qeyd edib ki, peşə məktəblərində oxuyanlara təqaüd semestrin sonunda imtahanların nəticəsinə uyğun olaraq təyin olunacaq.

Musa Qasımlı hesab edir ki, yenilik peşə təhsilinə marağı daha da artıracaq.

Millət vəkili əlavə edib ki, qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Peşə məktəblərində ödənişli oxuyanlara təqaüd veriləcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ