Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransada quş qripi yenidən yayılmağa başlayıb

Fransada quş qripi yenidən yayılmağa başlayıb

Tarix: 20 Aprel 2022 21:02

Fransanın Dordoni departamentində 15 gün ərzində 37 fermada quş qripi aşkarlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, epidemiyanın ilk mənbəyi Qara Periqor (Perigord Noir) bölgəsindəki Sent-Geniyezdə qaz fermasında aşkar olunub.

Dordoni Kənd Təsərrüfatı Palatasının vitse-prezidenti Yanik Frans bildirib ki, aprelin 16-dan yeddi yeni epidemiya mənşəyi aşkara çıxarılıb. Təkcə dünən Kulores eksperimental fermasında 700 qaz kəsilib.

Kənd Təsərrüfatı Palatası vəziyyətin narahatedici olduğunu bildirərək, epizootiya ilə mübarizənin aparılması istiqamətində müvafiq tədbirlər görülməsinin vacibliyini qeyd edib.

Milli.Az


Etiketlər:  Fransada quş qripi yenidən yayılmağa başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ