Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İpoteka predmeti olan evlərə görə əmlak vergisi ödənilirmi?

İpoteka predmeti olan evlərə görə əmlak vergisi ödənilirmi?

Tarix: 20 Aprel 2022 22:22

Vergi Məcəlləsinə əsasən, xüsusi mülkiyyətdə olan tikiliyə görə bələdiyyəyə əmlak vergisi ödənilməlidir. Belə ki, xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin əmlak vergisinin hesablanması zamanı həmin yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə Abşeron rayonu üzrə müəyyən olunan 0,3 manat vergi dərəcəsi tətbiq edilir.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır və hesablanmış əmlak vergisi barədə tədiyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dən gec olmayaraq vergiödəyicilərinə verilməlidir.

Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergiödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

Fiziki şəxsin mülkiyyətindəki və ipoteka predmeti olan yaşayış sahəsinin əmlak vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmayıb.


Etiketlər:  İpoteka predmeti olan evlərə görə əmlak vergisi ödənilirmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ