Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Hücumu qadağan edirəm, elə edin ki, milçək də uçmasın" - Putin

Tarix: 21 Aprel 2022 11:40

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün Kremldə RF Prezidenti Vladimir Putinin qəbulunda olaraq ona Ukraynada aparılan hərbi əməliyyatlarla bağlı hesabat verib.

Milli.Az bildirir ki, ordu generalı S.Şoyqunun dediyinə görə, Mariupol şəhəri artıq Rusiya ordusunun tam nəzarətindədir. Şəhərdə qalmış ukraynalı hərbçilər "Azovstal"ın sənaye zonasında blokadaya alınıblar.

"Şəhərdəki döyüşlərdə 4 min ukraynalı hərbçi və muzdlu həlak oldu,  1478 nəfəri artıq təslim olub. Mariupol mühasirəyə alınanda şəhərdə Ukrayna Silahlı Qüvvələri mənsubları və əcnəbi muzdlulardan ibarət qruplaşmanın ümumi sayı təqribən 8100 nəfər idi. İndi təqribən 2 min nəfər "Azovstal"ın sənaye zonasında blokadaya alınıb", - S.Şoyqu deyib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin yaratdığı humanitar dəhlizlər vasitəsilə şəhərdən 142711 dinc sakin təlxiyə olunub.

V.Putin "Azovstal"a hücumu qadağan edib.

"Planlaşdırılan hücumu qadağan edirəm. Əsgərlərlə zabitlərimizin sağlamlıqlarının və həyatlarının qorunması barədə həmişə düşünməliyik, xüsusilə də indi. Oradakı katakombalara girmək, bu sənaye obyektinin altında sürünmək gərək deyil. Sənaye zonasını elə blokadaya alın ki, milçək də uça bilməsin. Mariupolun azad edilməsi böyük uğur, qələbədir. Sizi təbrik edirəm", - V.Putin deyib.

Milli.Az


Etiketlər:  Hücumu qadağan edirəm elə edin ki milçək uçmasın Putin


RƏYLƏR