Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Formula 1 ilə bağlı tikinti işləri bu tarixdə başa çatacaq

Formula 1 ilə bağlı tikinti işləri bu tarixdə başa çatacaq

Tarix: 21 Aprel 2022 14:50

Bakı Şəhər Halqası şəhər treki olduğundan tikinti işləri yarışadək bitəcək. Bunları iyunun 6-dək yekunlaşdırmağı düşünürük.

Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçer deyib.

O qeyd edib ki, Paddok ərazisində də infrastruktur-quraşdırma işlərinə də start verilib.

"Beynəlxalq Avtomobil Federasiyası da sınaqlarını həyata keçirəcək. Bu yoxlanışlardan sonra trek tam istifadəyə veriləcək. Sevindirici xəbər ondan ibarətdir ki, biz tribunalara və trekə qayıtmışıq. Bakı Şəhər Halqasının əməkdaşları durmadan çalışırlar. Azərbaycandakı yarışın yaddaqalan olmasını istəyirik", - deyə o əlavə edib.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 2022 iyunun 10-12 tarixlərində baş tutacaq.


Etiketlər:  Formula ilə bağlı tikinti işləri tarixdə başa çatacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ