Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Litva Ukraynaya iriçaplı minaatanlar verib

Litva Ukraynaya iriçaplı minaatanlar verib

Tarix: 21 Aprel 2022 15:08

Litva Ukraynaya iriçaplı minaatanlar verib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas yerli mətbuata açıqlamasında bildirib.

"Biz Ukraynaya dəstək məqsədilə çox sayda ağır minaatanlar təhvil vermişik, mən sayı açıqlamayacağam", - nazir deyib.

Anusauskas qeyd edib ki, Litva Ukraynaya yalnız "Stinger" sistemləri deyil, eyni zamanda, digər tank və hava hücumundan müdafiə silahları, müxtəlif sursatlar, qumbaralar, pulemyotlar, avtomatlar və. s təhvil verib.

Nazir vurğulayıb ki, Litvanın Ukraynaya göndərdiyi hərbi ləvazimatların dəyəri on milyonlarla avro təşkil edir.


Etiketlər:  Litva Ukraynaya iriçaplı minaatanlar verib


RƏYLƏR