Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2022 17:20
Rusiyaya qarşı sanksiyalara nə üçün qoşulmadığımızı anlayırlar. Burada iki tərəflə də (Rusiya və Ukrayna) təmaslarımızı davam etdirməyimiz olduqca önəmlidir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Türk"ə müsahibəsində deyib.
"Hər iki tərəfin güvəndiyi ölkə mövqeyindəyik. Türkiyəyə ehtiyac var. Bu məsələ ilə bağlı Yunanıstan və Kipr Respublikası sanksiyalara qoşulmağımız üçün Avropa Birliyində (AB) təzyiq mexanizmi yaratmağa çalışır. Lakin Qərb ölkələri bizim qərarları anlayır", - deyə XİN rəhbəri bildirib.