Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2022 23:04
"Kreml şahmat taxtasında özünə məğlub oldu. Hazırda Rusiya tam siyasi və iqtisadi təcrid vəziyyətindədir".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
O, Ukraynaya qarşı iki aya yaxın müharibənin nəticələrindən sonra Rusiyanın dünyada mövqelərinin aşağı düşməsini bildirib.
Podolyak qeyd edib ki, iki aylıq hərbi əməliyyatlarda Kreml xarici arenada məğlubiyyətə uğrayıb.
"Rusiya bu müharibə ilə göstərdi ki, 2022-ci ildə dünyanın necə işlədiyini heç başa düşmür", - müşavir qeyd edib.
Xatırladaq ki, Rusiya ABŞ-ı Ukraynaya silah tədarükünə görə hədələyib.