Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2022 08:04
Böyük Britaniya Ukraynaya 500 milyon dollar məbləğində kredit şəklində maliyyə yardımı göstərmək qərarına gəlib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Ukraynanın maliyyə naziri Sergey Marçenko deyib ki, Britaniya xəzinədarlığının rəhbəri müharibə şəraitində dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün tərəfdaş ölkələrin resurslarının bir hissəsinin təcili olaraq Ukraynaya verilməsi çağırışını dəstəkləyib.
Marçenko, həmçinin qeyd edib ki, Britaniya Ukraynaya digər ölkələrin və maliyyə təşkilatlarının cəlb edilməsinə çağırıb.
Bundan əvvəl Britaniya Ukraynaya 521 milyon dollar ayırıb və Dünya Bankından 1 milyard dollarlıq kreditin təminatçısı kimi çıxış edib.