Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tibb işçisi 20 gün ərzində iki dəfə koronavirusa yoluxub

Tibb işçisi 20 gün ərzində iki dəfə koronavirusa yoluxub

Tarix: 22 Aprel 2022 21:54

İspaniyada mütəxəssislər 31 yaşlı səhiyyə işçisinin 20 gün ərzində iki dəfə koronavirus infeksiyasına yoluxduğunu bildiriblər. Bu, bir şəxsin iki dəfə infeksiyaya yoluxması barədə məlum olan ən qısa müddətdir.

Test nəticələri göstərdi ki, tibb işçisi əvvəlcə dekabr ayının sonunda koronavirus infeksiyasının "delta" variantına, yanvar ayında isə "omikron" variantına yoluxub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ispaniyalı tibb işçisinin ilk testi müsbət nəticə verdikdən sonra virusa aid heç bir simptom göstərməyib, lakin üç həftədən az müddətdə öskürək və yüksək hərarət başlayıb. Tibb işçisi daha bir test edib və test yenidən müsbət çıxıb. İki testin sonrakı təhlili ilə xəstənin ayrı-ayrılıqda iki fərqli varianta yoluxduğu aşkar edilib.

Mütəxəssis Gemma Recio, Avropa Kliniki Mikrobiologiya və Yoluxucu Xəstəliklər Konqresindəki təqdimatında, sözügedən hadisə ilə əlaqədar olaraq, "omikron" variantının təzə peyvənd olunmuş insanlara da yoluxa biləcəyi qənaətinə gəldiyini söyləyib. Mütəxəssis deyib: "2021-ci ilin dekabrında omikron variantının ortaya çıxması ilə yoluxma hallarının sayında kəskin artım oldu. Martın əvvəlində "omikron"un BA.2 adlı başqa bir versiyası aşkar edildikdə, yoluxma sayında daha bir artım müşahidə edildi. Peyvənd "omikron" variantına yoluxan insanların xəstəliyi ağır keçirməsinin qarşısını alır", - deyib.

Tədqiqatçılar hər kəsin həyatı boyu iki və ya daha çox dəfə koronavirus infeksiyasına yoluxacağını qeyd ediblər.


Etiketlər:  Tibb işçisi gün ərzində dəfə koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ