Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ailələrə ŞAD XƏBƏR: Hər birinə müavinət verilə bilər

Bu ailələrə ŞAD XƏBƏR: Hər birinə müavinət verilə bilər

Tarix: 23 Aprel 2022 23:32

Koronavirusla mübarizədə görülən işlər və tibb işçilərinin canları hesabına ciddi uğurlar əldə edildi, itkiləri minimuma endirildi. Bu  mübarizədə onlarla tibb işçisi isə dünyalarını dəyişdi. Milli Məclisin səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli onların adlarının əbədiləşdirilməsi və ailələrinə müavinət verilməsi təklifi ilə çıxış edib.
 
Koronavirus pandemiyası ilə mübarizədə həlak olmuş hər bir tibb işçisinin xatirəsinin əbədiləşdirilməsi və onların ailələrinin müavinətlə təmin olunması təklif edilir.
 
illi.Az xezerxeber.az-a istinadən bildirir ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli belə bir təkliflə çıxış edib. Onun sözlərinə görə, müəyyən forma tapılmalı və qanunvericiliyə uyğun şəkildə həmin həkimlərin əməyi yüksək qiymətləndirilməlidir.
 
Müşfiq Məmmədli deyir ki, hökumət tərəfindən atılan qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan bu pandemiyadan az itki ilə çıxan ölkələrdən oldu.
 
Koronavirusun tüğyan etdiyi vaxtlarda bir çox həkimlərimiz də fədakarlıq edərək canlarını bu yolda qoydular. Onların əməkləri ölkə başçısı tərəfindən dəfələrlə qiymətləndirilib.
 
Qeyd edək ki, artıq bir sıra ölkələrdə pandemiya ilə mübarizdə dünyalarını dəyişmiş tibb işçilərinin ailələrinə birdəfəlik pul yardımının ödənməsinə başlanıb.


Etiketlər:  ailələrə ŞAD XƏBƏR Hər birinə müavinət verilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ