Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST-dən yeni yayılan virusla bağlı açıqlama

ÜST-dən yeni yayılan virusla bağlı açıqlama

Tarix: 24 Aprel 2022 16:30

İngiltərədə ortaya çıxan, Avropa və ABŞ-da yayılan mənşəyi məlum olmayan hepatit virusuna yoluxan bir uşaq ölüb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-nın açıqlamasına görə, indiyə qədər 11 ölkədə aşkarlanan ən azı hər 169 nəfər yoluxan şəxsdən biri dünyasını dəyişib.

Qeyd edilib ki, hepatit yoluxmaları yüksək olmasa da, pis nəticələr verib.

Virusun aşkarlandığı uşaqlarda son bir ayda sarılıq, ishal, qusma və qarın ağrısı kimi simptomların olduğu, bəzi hallarda isə ağır qaraciyər iltihabının olduğu və qaraciyər transplantasiyası ilə müalicə edildiyi açıqlanıb.


Etiketlər:  ÜST dən yeni yayılan virusla bağlı açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ