Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sıfır xaldan daha çoxuna layiq idik" - Aleksey Baqa

Tarix: 24 Aprel 2022 22:40

"Qapıçımız Andrey Popoviç bu gün bir neçə epizodda bizi qoldan xilas etdi".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Sumqayıt"ın məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının XXIV turunda "Zirə"yə 0:1 hesabı ilə məğlub olduqları görüş barədə danışarkən deyib.

Belaruslu mütəxəssis oyunsonrası komandasının çıxışını dəyərləndirib: "Komanda oyunu və meydanda olan bütün amillər onu deməyə əsas verir ki, bu gün sıfır xaldan daha çoxuna layiq idik. Birlik və istək göstərdik. Amma oyunlarda xal qazanmaq istəyiriksə, bir yox, yarım epizodlardan da yararlanmalıyıq".

Milli.Az


Etiketlər:  Sıfır xaldan daha çoxuna layiq idik Aleksey Baqa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ