Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Araz Supermarket” qanunu pozdu, cərimələndi

“Araz Supermarket” qanunu pozdu, cərimələndi

Tarix: 25 Aprel 2022 12:24

Bakıda tanınmış marketə cərimə protokolu yazılıb.

Sonxeber.net xəbər verir ki, "Araz Supermarket" MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.3-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Vüsal Tağıyevin icraatına verilib. Məhkəmə iclası aprelin 11-nə təyin edilmişdi.

Bu xətaya görə, fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki, "Araz Supermarket" barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Xatırladaq ki, "Araz Supermarket" MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə də iş qaldırılıb.


Etiketlər:  Araz Supermarket qanunu pozdu cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ