Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur müğənni Bakıya gəlir - Bilet qiymətləri açıqlandı

Məşhur müğənni Bakıya gəlir - Bilet qiymətləri açıqlandı

Tarix: 25 Aprel 2022 16:40

Türkiyəli müğənnilərin Azərbaycana axını davam edir. 

Milli.Az xəbər verir ki, bu dəfə gənc popçu İlyas Yalçıntaş Bakının qonağı olacaq. Yalçıntaş musiqisevərlərə konsert verəcək.

Onun musiqili proqramı "Elektra Events Hall"da baş tutacaq. İlyas pərəstişkarları qarşısında bir-birindən hit və sevilən mahnılarını səsləndirəcək. Türkiyəli məşhurun konsertinə biletlər 45 AZN-dən başlayır. 

Qeyd edək ki, Türkiyənin reytinqli layihələrindən olan "X- Factor" yarışmasındakı "İncir" ifası ilə tanınan İlyas "Gel be gökyüzüm", "İçimdeki duman" mahnıları ilə məşhurlaşıb.

Milli.Az


Etiketlər:  Məşhur müğənni Bakıya gəlir Bilet qiymətləri açıqlandı


RƏYLƏR