Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2022 19:26
Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində 2008-ci ildən 2022-ci ilin 1 aprel tarixinədək 2076 nəfər vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub.
Bunu Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov "Vətəndaşsızlıq məsələləri ilə əlaqədar İşçi Qrup"un iclasında deyib.
O bildirib ki, həmçinin, 5953 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb.