Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kralın sərvəti açıqlandı

Kralın sərvəti açıqlandı

Tarix: 25 Aprel 2022 23:58

İspaniya Kralı VI Filipin şəxsi sərvətinin 2 milyon 573 min 392 avro olduğu açıqlanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Kral sarayı açıqlama yayıb.

Bildirilib ki, ölkədəki sol koalisiya hökumətinin gətirdiyi şəffaflıq qanunu çərçivəsində Kral VI Filipin hazırda şəxsi əmanətləri ilə bankdakı investisiya və şəxsi hesablarında ümumilikdə 2 milyon 260 min avro var.

Həmçinin, kral 305 min 450 avro dəyərində zinət əşyaları, əntiq əşyalar və sənət əsərlərinə sahibdir.

Qeyd edək ki, İspaniyada son vaxtlar kral ailəsində korrupsiya iddiaları gündəmə gəlib.

Milli.Az


Etiketlər:  Kralın sərvəti açıqlandı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR