Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2022 07:22
"Heç özüm də bilmədim ki, bu hadisə necə baş verdi. Çox əsəbi idim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş olmayaydı".
Sonxeber.net gununsesi.info-ya istinadən bildirir ki, bunu paytaxtda motosiklet sürücüsünü döyən vəzifəli şəxs - Sultan Dadaşov yayılmış görüntülərinə münasibətində deyib.
O bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir:
"Mən təəssüf edirəm. Nə qərar versələr, hazıram".
Qeyd edək ki, Sultan Dadaşovun Prezident Aparatında işlədiyi deyilir.