Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş Qərargah: ''Rusiyanın 3 təyyarəsi, 4 tankı, 5 artilleriya sistemi, 13 zirehli texnikası məhv edilib''

Baş Qərargah: ''Rusiyanın 3 təyyarəsi, 4 tankı, 5 artilleriya sistemi, 13 zirehli texnikası məhv edilib''

Tarix: 26 Aprel 2022 11:44

Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiya hərbçilərinin 10 hava hədəfini - 3 təyyarə, əməliyyat-taktiki səviyyədə 4 PUA və 3 qanaldı raketini məhv edib.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı bildirib.

Məlumata görə, ötən sutkada Donetsk və Luqansk vilayətlərində rəqibin 6 hücumunun qarşısı alınıb, 4 tank, 5 artilleriya sistemi, 13 zirehli texnika, 15 avtomobil texnikası, 2 yanacaqdaşıyan maşın, bir zenit qurğusu məhv edilib.

Bildirilib ki, Ukrayna hərbçiləri Xerson vilayətinin Bolşaya Aleksandrovka yaşayış məntəqəsində Rusiyanın silah-sursat anbarını dağıdıb və 70-dən çox şəxsi heyətini zərərsizləşdirib.


Etiketlər:  Baş Qərargah Rusiyanın təyyarəsi tankı artilleriya sistemi zirehli texnikası məhv edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ