Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya Ukraynaya ''Gepard'' göndərəcək - Spiegel

Almaniya Ukraynaya ''Gepard'' göndərəcək - Spiegel

Tarix: 26 Aprel 2022 12:20

Almaniya federal hökuməti Ukraynaya "Gepard" özüyeriyən zenit silahlarının tədarükünə icazə vermək istəyir.

Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bu barədə Almaniyanın "Spiegel" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, müdafiə naziri Kristin Lambrext çərşənbə axşamı Ramşteyn aviabazasında Ukrayna ilə bağlı keçirilən konfransda Almaniyanın "Gepard" zenit özüyeriyən silahlarının tədarükünə icazə vermək istədiyini açıqlayacaq. Bu, "Leopard" tankına əsaslanan Alman zenit özüyeriyən silahıdır.

Bundan əlavə, Lambrext Hollandiyanın Ukrayna ordusuna tədarük etmək istədiyi "Panzerhaubitze 2000" özüyeriyən silahlarla ukraynalı hərbçilərin təlimi haqqında məlumat verəcək.

Qəzet yazır ki, bu iki açıqlama ilə Lambrext Almaniyanın Ukraynaya silah tədarükü ilə bağlı kəskin tənqidini yumşaltmaq istəyir.

"Gepard" sistemlərinin Ukraynaya tədarükü uzun müddətdir müzakirə olunur. KraussMaffei Wegmann (KMW) hələ fevral ayında elan etmişdi ki, qısa təmirdən sonra Ukraynaya təhvil verilə biləcək daha 50-yə yaxın silah var. Müvafiq təklif federal hökumətə verilib.

KMW rəhbəri Ralf Quetzel bildirib ki, silah sistemləri nisbətən tez bir zamanda yenidən tətbiq oluna bilər.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin, onun Aİ-dəki demək olar ki, bütün həmkarları, Ukraynanın müdafiə naziri və NATO-nun baş katibi Yens Stoltenberq Almaniyadakı ABŞ-ın Ramşteyn bazasında toplanacaq.

Aslan Məmmədov


Etiketlər:  Almaniya Ukraynaya Gepard göndərəcək Spiegel


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ