Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı müğənninin 20 il əvvəl Reza Zərrabla olan FOTOsu

Azərbaycanlı müğənninin 20 il əvvəl Reza Zərrabla olan FOTOsu

Tarix: 26 Aprel 2022 13:05

Müğənni Günel Zeynalovanın 20 il əvvəl çəkilən arxiv fotosu yayılıb. 

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, şəkli müğənni Selami Duman paylaşıb. O, fotoya "Köhnələrdən... Nostalji... Azəri qızı günel, Reza Zərrab, Kadir Demir və mən - Selami Duman" qısa şərhini yazıb. 

Günel isə həmin fotonu öz hekayə bölümündə yayımlayaraq Rezanın adının üstünü bağlayıb və "Hardan tapdın bunları" sualını ünvanlayıb. 

Qeyd edək ki, Reza və Günel illər əvvəl nişanlı olub. Cütlük toya hazırlaşdığı ərəfədə Reza Günelə müğənni Ebru Gündeşlə xəyanət edib. Zərrab və Ebru daha sonra ailə qurub və onların bir qız övladı var. Hazırda cütlük boşanıb, Reza ABŞ-da yaşayır. 


Etiketlər:  Azərbaycanlı müğənninin əvvəl Reza Zərrabla olan FOTOsu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ