Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2022 18:20
Hazırda "Fox" telekanalında yayımlanan "Yasak elma" serialının 139-cu bölümündə Azərbaycan manatı ilə bağlı maraqlı sitat səsləndirilib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ekran işində "Yıldız" obrazına həyat verən aktrisa Eda Ecə uşağın bağçası üçün keçmiş həyat yoldaşına 150 min ödənilməli olduğunu bildirir. Pulun çox olduğunu düşünən "Çağatay" obrazına həyat verən aktyor Berk Oktay isə məbləğin valyutasının həqiqətən lirə olduğunu dəqiqləşdirmək istədikdə Eda ona belə cavab verib:
"Yox, Azərbaycan manatı. Qardaş ölkədir axı, fərq etmir dedilər".
Qeyd edək ki, ekran işinin digər baş rollarını Şevval Sam, Biran Damla Yıldız paylaşır.