Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2022 21:30
Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası tərəfindən edilən yazılı açıqlamada Ukraynadakı müharibə səbəbiylə Rusiyada məşğulluq sektorunda müxtəlif problemlərin yaşandığı vurğulanıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, federasiya ölkədə işsizliyin yanvar-fevral ayları ilə müqayisədə 0,3 % artaraq 4,4 %- ə çatdığını açıqlayıb.
İlin əvvəlindən müflis olan şirkətlərin sayının 4,5 % artdığı bildirilən açıqlamada, "Rəsmi olaraq qeydiyyatdan keçmiş işsizlərin sayı yanvar-fevral ayları ilə müqayisədə 0,3 % artaraq 4,4 %- ə yüksəlib. Şimali Qafqazda işsizlik ağır vəziyyətdədir", - deyə bildirilib.
Açıqlamada, Moskvada işsizlik səviyyəsi 2,2 %, Sankt-Peterburqda bunun 1,5 % səviyyəsində olduğu qeyd olunub.
Qeyd edək ki, yüzlərlə beynəlxalq şirkət Ukraynadakı müharibə ilə əlaqədar Rusiyanı tərk etmək qərarına gəlib.