Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski və Putin İndoneziyada görüşə bilər

Zelenski və Putin İndoneziyada görüşə bilər

Tarix: 27 Aprel 2022 16:42

G20-nin rəhbəri olan İndoneziya prezidenti Coko Vidodo Ukrayna lideri Vladimir Zelenskini G20 sammitinə dəvət edib.

Sonxeber.net bildirir ki, Zelenski bu barədə Twitter-də məlumat yayıb.

"Mən İndoneziya prezidenti Coko Vidodo ilə danışıqlar apardım. Ona suverenlik və ərazi bütövlüyünü dəstəklədiyinə, xüsusən də BMT-də aydın mövqeyə görə təşəkkür etdim. Biz ərzaq təhlükəsizliyi məsələlərini müzakirə etdik. G20 sammitində iştirak etmək dəvətinə görə minnətdaram", - Zelenski bildirib.

Coko Vidodo G20-nin hazırkı rəhbəridir.

G20 Liderlərinin Toplantısı 15-16 noyabr tarixlərində Balidə baş tutacaq.

Aslan Məmmədov


Etiketlər:  Zelenski Putin İndoneziyada görüşə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ