Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yığmamızın futbolçusunun ''Hanza''ya vurduğu qol - VİDEO

Yığmamızın futbolçusunun ''Hanza''ya vurduğu qol - VİDEO

Tarix: 28 Aprel 2022 16:08

Almaniya II Bundesliqasında XXXI turun oyunları keçirilir.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Erzgebirge" doğma meydanda "Hanza"nı qəbul edib.

Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. Dmitri Nazarov da bu görüşün iştirakçısı olub.

31 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 81-ci dəqiqədə əvəzlənib. O, 45-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.

31 turdan sonra 23 xal toplayan "Erzgebirge" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Milli.Az


Etiketlər:  Yığmamızın futbolçusunun Hanzaya vurduğu VİDEO


RƏYLƏR