Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

FHN Yuxarı Qarabağ kanalında batan şəxsin axtarışını davam etdirir

FHN Yuxarı Qarabağ kanalında batan şəxsin axtarışını davam etdirir

Tarix: 28 Aprel 2022 20:02

Yuxarı Qarabağ kanalının Bərdə rayonunun Alpout kəndi ərazisindən keçən hissəsində batmış şəxsin axtarışları davam etdirilir.

Milli.Az xəbər verir ki, 1998-ci il təvəllüdlü Orucov Elməddin Yusif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən aparılır.

Axtarışlara dünəndən başlanılıb.

Qeyd edək ki, aprelin 27-də FHN-in "112" qaynar telefon xəttinə 24 yaşlı Elməddin Orucovun Yuxarı Qarabağ kanalının Bərdə rayonunun Alpout kəndi ərazisindən keçən hissəsində batması barədə məlumat daxil olub.

Milli.Az


Etiketlər:  FHN Yuxarı Qarabağ kanalında batan şəxsin axtarışını davam etdirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ