Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2022 20:08
Moskvanın Taqanski rayonunun sülh məhkəməsi reper Morqenşternin "Розовое вино" klipini yutubdan silməkdən imtina etdiyi üçün "Google" cərimələyib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "google" bunun üçün 3 milyon rubl (69 min manat) cərimə ödəyəcək. Klipin silinməsinin istənilməsinə səbəb isə orada narkotikin təbliğ edilməsidir.
Morqenstern teleqram kanalında məsələyə münasibət bildirib. "Dünya doğrudanmı belə anormaldır. "Google" mövcud olmayan klipə görə üç milyon rubl cərimələnir" deyə, reper qeyri-etik ifadə işlədib.
Qeyd edək ki, ötən il Moskva məhkəməsi Morqenşterni mahnılarında narkotik vasitələrin təbliğ etdiyi üçün 100 min rubl məbləğində inzibati cərimə etmişdi.
Bu ittihamlardan sonra reper Rusiyanı tərk edib və Dubaya gedib. Bu yaxınlarda şəbəkədə reperin İsrail vətəndaşlığı alması ilə bağlı məlumatlar yayılıb. Bu günlərdə reper Rusiyaya qayıtmaq istədiyini və çox darıxdığını, lakin ona qarşı irəli sürülən ittihamlara görə cinayət məsuliyyətinə cəlb olunmaqdan qorxduğunu bildirib.