Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Konfrans Liqası: “Feyenoord” “Marsel” oyununda 5 qol vuruldu

Konfrans Liqası: “Feyenoord” “Marsel” oyununda 5 qol vuruldu

Tarix: 29 Aprel 2022 07:30

Bu gün Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, Joze Mourinyonun başçılıq etdiyi "Roma" ilk oyunu səfərdə keçirib. "Canavarlar" İngiltərədə "Lester Siti"nin qonağı olub. İtaliya A Seriyasında işləri yaxşı getməyən "Roma" Konfrans Liqasının qalibi olmağa can atır. Bu qarşılaşmada da hesabı italyanlar açıblar. Amma meydan sahibləri buraxılan qolun əvəzini çıxmağı bacarıb və ilk qarşılaşma heç-heçə bitib.

Yarımfinalın daha bir oyunu isə "Feyenoord"la Marsel "Olimpik"i arasında keçirilib. Fransa klubu Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırmışdı. Beş qolun qeydə alındığı bu qarşılaşmada isə Niderland təmsilçisi çətin qələbəyə sevinib.

Avropa Konfrans Liqası
Yarımfinalın ilk oyunları
28 aprel

Lester Siti (İngiltərə) - Roma (İtaliya) 1:1
Qol: Lukman, 67 - Pelleqrini, 15.
Baş hakim: Karlos del Serro (İspaniya).

Feyenoord (Niderland) - Olimpik (Marsel, Fransa) 3:2
Qol: Dessers, 18; 46. Sinisterra, 20 - Dienq, 28. Jerson, 40.
Baş hakim: Maykl Oliver (İngiltərə).

Milli.Az


Etiketlər:  Konfrans Liqası Feyenoord Marsel oyununda 5 qol vuruldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ