Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2022 11:54
Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Rusiya Azovstaldan insanların təhlükəsiz çıxışı üçün Mariupolda danışıqlar aparmaq istəmir və ukraynalı hərbçilərin Viktor Medvedçukla dəyişdirilməsi təklifinə cavab vermir.
Sonxeber.net Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, bu barədə "Azadlıq" radiosuna müsahibəsində bildirib.
"Əlbəttə, hələ də şanslar var (xüsusi raund keçirmək üçün - red.). İnsanlarımızı götürmək bizim üçün vacib olardı: təkcə mülki deyil, həm də hərbçilər. Rusiya Mariupolu maksimum məhv etməyə yönəlib, bütöv... Təəssüf ki, Rusiya hələ də bütün bunlara (şəhərdəki mülki əhalinin və əsgərlərin azad edilməsi təkliflərinə - red.) məhəl qoymur, çünki ruslar bu gün reputasiya baxımından hər şeylərini itirirlər. Ona görə də prinsipcə, mənim başa düşdüyüm kimi, onlar üçün fərqi yoxdur, min dinc sakini və ya 10 min nəfər öldürəcəklər", - Podolyak bildirib.
Medvedçuk isə, onun sözlərinə görə, Ukraynada Rusiya üçün nüfuzlu və vacib şəxs kimi "brendlənib", "amma məlum oldu ki, ona praktiki olaraq ehtiyacları yoxdur". "Mariupolu sındırmağın, onu dağıtmağın, oradakı demək olar ki, bütün müdafiəçiləri öldürməyin dəyəri onlar üçün təbliğat nöqteyi-nəzərindən, Medvedçuku və ya hər hansı birini götürməkdən qat-qat üstündür. Təəssüf ki, biz onu öz oğlanlarımıza dəyişə bilmərik. Çünki bütün təkliflər, o cümlədən Medvedçukun mübadiləsi imkanları mübadilə üçün şərti danışıqlar masasındadır. Biz sadəcə Rusiya tərəfinin reaksiyasını görürük ki, Medvedçuk onlar üçün dəyərli deyil. Ümumiyyətlə", - Podolyak əlavə edib.
Aslan Məmmədov