Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fərqli məkanlarda eyni adlı küçələr var - VİDEO

Fərqli məkanlarda eyni adlı küçələr var - VİDEO

Tarix: 29 Aprel 2022 13:14

Ruhulla Axundov, Dadaş Bünyadzadə, Əbdülvahab Salamzadə...

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakıda bu şəxslərin adını daşıyan bir neçə küçəylə qarşılaşa bilərik. Hansı ki, paytaxtın fərqli ərazilərində yerləşir. Məsələn, Ruhulla Axundov küçəsinə həm Nəsimi, həmdə Sabunçu və Xəzər rayonlarında, Dadaş Bünyadzadə küçəsinə isə Yasamal və Xəzər rayonlarında rast gəlmək olar.

Küçə adlarının eyni olması isə ilk növbədə həmin ərazidə yaşayanların işlərini çətinə salır.

Sakinlər belə küçələrin adlarının dəyişdirilməsinin tərəfdarıdılar.

Millətvəkili Tahir Rzayev də bir şəxsin adına müxtəlif küçələrin olmasını səhv hesab edir.

Millətvəkilinin sözlərinə görə, paytaxt ərazisində adsız küçələrdə çoxdur. Hansı ki, onların da adlandırılması vacibdir.

Milli.Az


Etiketlər:  Fərqli məkanlarda eyni adlı küçələr var VİDEO


RƏYLƏR