Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qubada qız atasını vuraraq anasını ölümdən xilas edib - VİDEO

Qubada qız atasını vuraraq anasını ölümdən xilas edib - VİDEO

Tarix: 29 Aprel 2022 20:14

Qubada kişi keçmiş həyat yoldaşını balta ilə öldürmək istəyib. Bu zaman onların qızı stəkanla atasının başından vuraraq anasını xilas edib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Qubanın Səbətlər kəndində baş verib.

İddia olunur ki, 38 yaşlı Elşən Muradov keçmiş həyat yoldaşı Gülnar Muradovanın yaşadığı ana evinə gələrək onu balta ilə öldürmək istəyib. Onların qızı isə son anda buna mane olub.

Qeyd edək ki, Quba Rayon Prokurorluğunun yaydığı məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib və Elşən Muradov qayınanasına məxsus evə gələrək balta ilə keçmiş həyat yoldaşı  Gülnar Muradovanın baş nahiyəsinə 2 dəfə zərbə endirib. Sonuncunun yerə yıxılmasından sonra Elşən Muradov əlləri ilə onu boğmaq istəyib. Lakin qızının stəkanla onun baş nahiyəsinə zərbə endirməsi səbəbindən o, cinayət əməlini başa çatdıra bilməyib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin "qəsdən adam öldürməyə cəhd" maddəsi ilə cinayət işi başlanıb.

Elşən Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Yaralanan qadın isə hazırda xəstəxanada həkim nəzarətindədir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Qubada qız atasını vuraraq anasını ölümdən xilas edib VİDEO


RƏYLƏR