Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Norveç hökuməti Zelenskinin istədiyini etdi

Norveç hökuməti Zelenskinin istədiyini etdi

Tarix: 29 Aprel 2022 22:54

Norveç hökuməti Ukrayna müharibəsinə görə limanlarını Rusiya gəmiləri üçün bağlamaq qərarına gəlib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Norveç dövlət televiziyası "NRK" məlumat yayıb.

Bildirilib ki, Norveç hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək və bu çərçivədə ölkədəki limanlar Rusiya gəmiləri üçün bağlanacaq.

Qərarda Rusiyadan dəniz yolu ilə yük daşınmasının qadağan edilməsi də yer alıb.

Mayın 7-dən etibarən limanların Rusiya gəmiləri üçün bağlanılacağı, balıqçı gəmilərinin isə qadağaya daxil edilməyəcəyi açıqlanıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ötən ay Norveç parlamentində onlayn çıxışında hökumətdən hava hücumundan müdafiə raketləri istəyib və limanlarını Rusiya gəmiləri üçün bağlamağa çağırıb.

Norveç Müdafiə Nazirliyi aprelin 20-də Ukraynaya Fransa istehsalı olan 100-ə yaxın "Mistral" hava hücumundan müdafiə raketi göndərdiklərini açıqlayıb.


Etiketlər:  Norveç hökuməti Zelenskinin istədiyini etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ